"Fənərbaxça" futbolçusu Miqel Krespo ilə yeni müqavilə imzalayıb.
Ednews klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin iyununa qədər uzadılıb.
Qeyd edək ki, M.Krespo 2021/2022 mövsümündən İstanbul təmsilçisində oynayır. O, "Fənərbaxça"da indiyə kimi 67 matçda 5 qol vurub, 5 qolun ötürməsini verib.