Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını "Bavariya"da davam etdirə bilər.
QOL.az xəbər verir ki, bu barədə "Sky Sport Germany" məlumat yayıb. Bildirilib ki, Münhen klubu gürcüstanlı futbolçunun transferində maraqlıdır. Bununla belə, “Bavariya”nın hələ danışıqlara başlamadığı vurğulanıb.
Xviçanın "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. İtaliya təmsilçisinin onunla müqaviləni uzatmaq istədiyi bildirilir.
Qeyd edək ki, Kvaratsxeliya bu mövsüm Neapol klubunun heyətində bütün yarışlarda 15 matçda 3 qol vurub və 5 qolun ötürməsini verib.