"Real"ın baş məşqçisi Karlo Ançelottinin yoxlama matçları üçün milli komandalara yollanan futbolçularına xəbərdarlıq edib.
Ednews xəbər verir ki, o, beynəlxalq fasilədən əvvəl təlim-məşq bazasına bildirişləri qoyub.
Vinisius Junior və Eduardo Kamavinqanın noyabrdakı beynəlxalq fasilə zamanı milli komandalarında oynayarkən zədələndiyini nəzərə alan mütəxəssis məşq meydançasında olan lövhəyə bunu yazıb: “Çox diqqətli olun. Bunlar yoldaşlıq matçlarıdır”.
Baş məşqçinin bunu futbolçularla şifahi olaraq da müzakirə etdiyi bildirilib.