Bu gün AFFA-ya yeni prezident seçiləcək.
Ednews xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək Hesabat-Seçki Konfransında milli assosiasiyaya yeni prezident seçiləcək.
Bundan əlavə, qurumun İcraiyyə Komitəsi üçün də seçki təşkil ediləcək.
Xatırladaq ki, AFFA-nın hazırkı prezidenti Rövnəq Abdullayevdir. O, növbəti dəfə namizədliyini irəli sürməyib.
AFFA prezidentliyinə yeganə namizəd isə SOCAR-ın prezidenti Rövşən Nəcəfdir. Onun namizədliyi Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən irəli sürülüb.