AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında “Qəbələ” klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700000 manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul edilib.
Ednews-un qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, bu xüsusda “Qəbələ” klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Qəbələ" 2024/2025 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.