Dünyaca məşhur hücumçu tranfer etmək istəyən "Fənərbaxça" Premyer Liqa nəhənginin ulduzunu heyətə cəlb etmək üçün hərəkətə keçib.
“EDnews” xəbər verir ki,"Fənərbaxça"nın “Mançester Yunayted”in futbolçusu Rasmus Hojlundu transfer etmək istədiyi iddia edilib. “Mançester Yunayted”in iki il əvvəl 78 milyon avroya transfer etdiyi istedadlı futbolçu uğurlu oyun nümayiş etdirə bilməyib. "Mançester Yunayted"in Hojlund üçün təklifləri dəyərləndirəcəyi bildirilir. "Fənərbaxça"nın futbolçunu icarəyə götürmək istədiyi iddia edilib.
Qeyd edək ki, "Fənərbaxça"nın bir sıra futbolçuları heyətdən göndərəcəyi və yeni heyət quracağı barədə iddialar dərc edilib.