"Qalatasaray" ulduz futbolçunu transfer etmək üçün hərəkətə keçib.
“EDnews” xəbər verir ki, "Qalatasaray"ın məşqçisi Okan Buruk "Bavariya"nın futbolçusu Leroy Sanenin heyətə cəlb edilməsi üçün rəhbərliyə təlimat verib. “Sky Sport”un xəbərinə görə, "Qalatasaray" Saneyə illik 10 milyon avro maaş və 5 milyon avro bonus təklifi irəli sürüb. "Qalatasaray"ın təklifinin "Bavariya"nın təklifindən qat-qat yüksək olduğu bildirilib. Leroy Sanenin təklifi qəbul edəcəyi təqdirdə Viktor Osimhendən də çox maaş alacağı vurğulanıb.
Qeyd edək ki, Leroy Sanenin "Bavariya" ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Futbolçu "Bavariya"nın təklif etdiyi məvacibi qəbul etməyib və daha yüksək məvacib tələb edib.