Futbol üzrə dünya çempionatında qrup mərhələsinin ilk turunun oyunları davam edir.
EDnews-un məlumatına görə, mundialın üçüncü oyun günündə azarkeşləri dörd maraqlı qarşılaşma gözləyir.
Günün ilk matçı B qrupunda çıxış edən Qətər və İsveçrə yığmaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İyunun 14-nə keçən gecə isə C qrupunda Braziliya Mərakeşlə üz-üzə gələcək. Oyun saat 02:00-da start götürəcək. Qrupun digər görüşündə Haiti ilə Şotlandiya yığmaları saat 05:00-da münasibətlərinə aydınlıq gətirəcəklər.
D qrupunun ilk oyununda isə Avstraliya və Türkiyə milliləri qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Dünya çempionatı – I tur
13 iyun
B qrupu
23:00. Qətər – İsveçrə
14 iyun
C qrupu
02:00. Braziliya – Mərakeş
05:00. Haiti – Şotlandiya
D qrupu
08:00. Avstraliya – Türkiyə
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.







