Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb.
EDnews Lent.az-a istinadən xəbər verir ki, bu barədə həmin ölkədə yaşayan soydaşlarımız məlumat veriblər.
Hadisənin Polşanın paytaxtı Varşavada qeydə alındığı bildirilir.
Məlumata əsasən, Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək nəqliyyat vasitəsinə ciddi zərər vurub. O, buna səbəb kimi dayanma-durma qaydalarının pozulmasını göstərib.
Hadisə zamanı azərbaycanlı sürücünün avtomobilində olan qadın sərnişin həmin şəxsə etiraz edib və baş verənləri telefonla görüntüləməyə başlayıb.
Bundan sonra həmin şəxsin daha da aqressivləşdiyi və sürücüyə fiziki hücum etdiyi bildirilir. Nəticədə azərbaycanlı sürücünün xəsarət aldığı qeyd olunur.
Hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət edilib-edilmədiyi barədə hələlik əlavə məlumat yoxdur.





.jpeg)
.jpg)



