Vaşinqtondakı etiraz aksiyalarında iştirak etdiyi üçün 90-dan çox adam saxlanılıb.
"Eurasia Diary" xarici mətbuata istinadən xəbər verir ki, saxlanılan şəxslər ABŞ-ın yeni prezidenti Donald Trampa etiraz edənlərdir.
Qeyd edək ki, şəhər mərkəzindəki qarışıqlıqlar nəticəsində iki polis əməkdaşı xəsarət alıb. Etirazçılar asayiş keşikçilərinə butılka və zibil atıblar. Polis onlara gözyaşardıcı qazla və səsli qumbaralarla cavab verib.
Toqquşmalar inauqurasiya paradının keçdiyi On ikinci küçədə və L-strit ərazisində baş verib.