ABŞ prezidenti Donald Tramp bu gün ölkəyə daxil olan qaçqınların sayını iki dəfə azaldan fərman imzalaya bilər.
Qeyd olunan fərmanda ABŞ tərəfindən qəbul olunan qaçqınların sayının 50 minədək azaldılması nəzərdə tutulur.
Bundan başqa, yeni prezident amerikalı sərhədçilərin sayının 5 min nəfərədək artırılması barədə sərəncam verməyi planlaşdırır.