Keçmiş dövlət katibi Madlen Olbrayt ABŞ-ın yeni prezidenti Donald Trampın miqrantlara qarşı siyasəti sərtləşdirməsinə etiraz edib.
“Ria Novosti” xəbər verir ki, M.Olbrayt “Twitter” hesabında miqrantlarla həmrəyliyini nümayiş etdirmək üçün özünü müsəlman hesab etməyə hazır olduğunu yazıb.
"Azadlıq heykəlində xırda şrift yoxdur. Amerika istənilən dinlərin və irqlərin nümayəndələri üçün açıq qalmalıdır.
Mən katolik kimi böyümüşəm, sonradan Yepiskop kilsəsinə getmişəm.
Daha sonra ailəmin yəhudi olduğunu öyrəndim.
Həmrəylik naminə müsəlman olmağa hazıram”.