Keniya hökuməti ölkədə hökm sürən quraqlıqla əlaqədar milli fəlakət elan edib.
Xarici mətbuat xəbər verir ki, bununla əlaqədar hökumət humanitar yardım xahişi ilə dünya ictimaiyyətinə müracitə edib.
Ölkə prezidenti Uxuru Keniatanın müraciətində deyilir: "Biz beynəlxaql tərəfdaşlarımızı ölkədə vəziyyətin stabilləşdirilməsi üçün səylərimizi dəstəkləməyə çağırırıq".
Beynəlxalq Qırmızı Xaç Təşkilatının hesablamalaırına görə, 2,7 milyon nəfərin ərzaq yardımına ehtiyacı var.