Ermənistan Rusiyadan 4 ədəd İsgəndər-M raket kompleksi alıb.
Bu barədə informasiya Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SİPRİ) hesabatında yer alıb.
Hesabata əsasən, İrəvan bu komplekslər üçün həmçinin 25 raket də əldə edib.
Qeyd edək ki, Ermənistan keçən il ərzində 79 milyon dollarlıq silah alıb. 2010-2016-cı illərdə Ermənistanın silaha xərclədiyi vəsait 152 milyon dollar təşkil edib.
İrəvan bu məbləğin 142 milyonunu Rusiyaya, 7 milyonunu Ukraynaya, 2 milyonunu isə Monteneqroya verib.(axar.az)