"Apple" şirkətinin yeni qərargahındakı teatr Stiv Cobsun adını daşıyacaq.
Qərargah Kaliforniyada - şirkətin Kupertinodakı ofisinin yaxınlığında yerləşir. 70 hektar ərazisi olan bina 12 min adam üçün hesablanıb. Bütün əməkdaşların köçməsi yarım ilə qədər vaxt aparacaq və 2017-ci ilin payızına qədər yekunlaşacaq.
Əsas bina üzük formasındadır. Kənardan bina dünyada ən böyük əyri şüşə panellərlə, üstdən isə 17 meqavatt güc generasiya edən günəş panelləri ilə örtülüb. Belə elektrostansiyanın gücü bütün kampusun çalışması üçün kifayətdir, ventilyasiya sistemi isə binanı ildə 9 ay ərzində qızdırmamağa imkan verir.
2017-ci ilin yayında kampusda binanın tikintisi davam edəcək. Məsələn, orada "Apple Store" mağazası ilə məlumat mərkəzi, kampusun qonaqları üçün kafe, əməkdaşlar üçün fitnes-mərkəz, araşdırmalar üçün qapalı məkanlar, eləcə də Stiv Cobs adına teatr yerləşəcək. Teatr təpənin başında yerləşir və 6 metr hündürlükdə, 50 metr diametrli silindr formasına sahibdir. O, 1000 izləyici üçün hesablanıb. (buro247.az)