İraq Kürd Muxtariyyətinin keçirəcəyi referendumla bağlı şok məlumat yayılıb.
Kürdüstan Yurdsevərlər Birliyinin rəhbəri Pavel Tələbani referendumun təxirə salındığını bildirib.
Qeyd edək ki, İKM-nin müstəqillik referendumu 25 sentyabrda planlaşdırılırdı.
20:46
İraq Kürd Muxtariyyətindən referendumun təxirə salınması ilə bağlı yayılan xəbərə münasibət bildirilib.
Bu barədə danışan İKM rəsmisi Mahmud Məhəmməd referendumun təxirə salınmasının həqiqəti əks etdirmədiyini və belə bir məsələnin gündəmdə olmadığını söyləyib.
Məsud Bərzaninin sözçüsü Həmin Havrami də Tvitter hesabındakı paylaşımında referendumun təxirə salınması barədə yayılan xəbəri təkzib edib.