ABŞ prezidenti Donald Tramp cümə günü ölkənin səhiyyə və sosial xidmətlər naziri Tomas Praysı istefaya göndərib.
Xarici mətbuatın verdiyi məlumata görə, Prays barəsində araşdırma aparılır. İddia edilir ki, nazir dövlət büdcəsini özünün çarter aviareyslərinin xərclərinin ödənilməsində istifadə edib.
Nazirin istefaya göndərilməsi haqqında həmçinin Ağ Ev məlumat yayıb.