Türkmənistanın eks-prezidenti Saparmurad Niyazovun dövründə yüksək vəzifədə olmuş iki məmur həbsxanada vəfat edib.
Bu barədə informasiyanı “Azadlıq” radiosunun Türkmənistan bölməsi yayıb. Ölənlər Türkmənneft Dövlət Korporasiyasının eks-sədri Saparmamed Vəliyev və keçmiş milli təhlükəsizlik naziri Poran Berdıyevdir.
Qeyd edək ki, Vəliyev 24 il həbs cəzasına məhkum edilmişdi. Onun yaxınları ilə görüşməsinə tam qadağa qoyulmuşdu. Vəliyev eks-prezident Saparmurad Niyazov tərəfindən vəzifəsindən uzaqlaşdırılmışdı.
Həm Vəliyev, həm də Berdıyevin harada saxlanılması haqqında indiyə qədər heç kimə məlumat verilməyib. Onlar illərlə Türkmənistan həbsxanalarında hər kəsdən gizli vəziyyətdə məhbusluq həyatı yaşayıblar.(axar.az)