“Bircə yol qalıb ki, xalq acından ölsün” BMT Təhlükəsizlik Şurasında FÖVQƏLADƏ İCLAS

Dünya 16:58 29.11.2017
Şimali Koreyanın ötən gecə növbəti raket sınağını keçirməsi ilə Koreya yarımadası ətrafında vəziyyət daha da gərginləşdi. Raket 4 min 475 kilometr hündürlüyə qalxdıqdan sonra 950 kilometr uçub və Yaponiya sahillərinə düşüb. Raket 53 dəqiqə havada qalıb. Pxenyandan verilən açıqlamaya görə, yeni raket “Xvason-15” adını alıb.
Şimali Koreya lideri Kim Çen In isə raket sınağından sonra nüvə güclərinin yaradılmasının tamamlandığını bəyan edib.
 
Pxenyan, həmçinin Vaşinqtonun iddiasına görə, “Xvason-15” qitələrarası ballistik raketi ABŞ-ın istənilən nöqtəsinə nüvə hərbi yükünü çatdırmağa qadirdir.
 
ABŞ, Yaponiya və Cənubi Koreyanın ilkin hərbi analizinə əsasən, raket öz xarakteristikalarında bütün əvvəlki modifikasiyaları üstələyir
.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) bəyanatına qədər Yaponiya və ABŞ-ın hərbi ekspertləri bəyan etdilər ki, raket qitələrarasıdır və 13 min kilometr məsafəni qət edərək Vaşinqtona çata bilər. “Xvason-15” iyulda sınaqdan keçirilmiş “Xvason-14”-ün daha müasir modifikasiyasıdır.
 
Pxenyan
 
Pxenyanın bəyanatında deyilir ki, “Xvason-15” ilə Birləşmiş Ştatların istənilən nöqtəsinə zərbə vurmaq mümkündür.
 
“Yeni qitələrarası ballistik raket ağır nüvə döyüş başlığı ilə təchiz edilir. “Xvason-15”-lə ABŞ-ın bütün materik hissəsinə zərbə vurula bilər”, - Şimali Koreyanın Rusiyadakı səfirliyinin açıqlamasında deyilir.
 
Qeyd edilir ki, KXDR-in strateji silahının inkişafı ölkənin müstəqilliyi, ərazi bütövlüyü və ABŞ nüvə şantajından müdafiəyə xidmət edir.
 
Şimali Koreyanın dövlət televiziyası ilə yayılan bəyanatda vurğulanır ki, raket sınaqları region ölkələrinin təhlükəsizliyini hədələmir.
 
ABŞ-dan reaksiya
 
Raket sınağını şərh edən ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Pxenyana münasibəti dəyişməyəcək.
 
“Biz bununla məşğul olacağıq. Bu, öhdəsindən gələ biləcəyimiz bir vəziyyətdir”, - Amerika lideri deyib.
 
Öz növbəsində ABŞ-ın dövlət katibi Reks Tillerson bütün ölkələri KXDR-ə təzyiqi gücləndirməyə çağırıb: “Bütün ölkələr Pxenyana qarşı iqtisadi və diplomatik ölçüləri gücləndirməyə davam etməlidir. Beynəlxalq cəmiyyət BMT-nin bütün mövcud sanksiyalarının həyata keçirilməsi ilə yanaşı, əlavə addımlar atmalıdır”.
 
Dövlət katibi həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar əvvəlki kimi Şimali Koreyanın davakar hərəkətlərinin dayandırılması üçün sülh yolunun axtarışına sadiqdir.
 
Gözlənildiyi kimi, ABŞ yaxın vaxtlarda öz müttəfiqləri ilə Pxenyan barəsində mümkün hərəkətləri müzakirə edəcək.
 
BMT Təhlükəsizlik Şurasında fövqəladə iclas
 
Şimali Koreyanın raket sınağı ilə əlaqədar olaraq ABŞ, Yaponiya və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.
 
“ABŞ, Yaponiya və Koreya Respublikası Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Biz iclasın iş qrafikinə daxil edilməsi üzərində işləyirik”, - BMT Təhlükəsizlik Şurasına sədrlik edən İtaliyanın diplomatik missiyasının nümayəndəsi deyib.
 
ABŞ-ın BMT-dəki daimi nümayəndəliyi isə Tvitterdə yazıb ki, iclas Nyu-York saatı ilə noyabrın 30-da açıq formatda keçiriləcək.
 
Pxenyandan danışıqlara dəvət
 
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun cənub-şərqi Asiya, Avstraliya və Okeaniya mərkəzini rəhbəri Dmitri Mosyakovun fikrincə, yeni raketin işə salınması Pxenyanın hansısa işarəsi ola bilər ki, nüvə proqramı üzrə danışıqların başlanması prosesini sürətləndirmək lazımdır.
 
“Fikrimcə, Pxenyan işarə verir ki, danışıqların olmaması çox təhlükəlidir və Koreya Xalq Demokratik Respublikası istənilən vaxt yeni silahları işə sala bilər”, - o deyib.
 
O qeyd edib ki, KXDR haqqında müxtəlif fikirlər mövcuddur: bəziləri Şimali Koreya rejiminin məhv edilməsini dəstəkləyir, başqaları isə danışıqların tərəfdarıdır. Ekspertin fikrincə, Pxenyana qarşı yeni mümkün sanksiyaların heç bir əhəmiyyəti olmayacaq.
 
Öz növbəsində Uzaq Şərq Federal Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Artyom Lukin hesab edir ki, yeni sanksiyaların KXDR üçün qorxunc nəticələri olmayacaq.
 
“Düşünmürəm ki, Şimali Koreya üçün hansısa qorxunc nəticələr ola bilər, çünki bütün mümkün sanksiyalar artıq qəbul edilib. Yalnız tam blokada qalıb ki, xalq ölməyə başlasın. Çətin ki, BMT Təhlükəsizlik Şurası buna gedə”, - Lukin hesab edir.(publika.az)
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
22:35 02.07.2025
Roma Papası noyabrda Türkiyəyə səfər etməyi planlaşdırır
22:10 02.07.2025
Luis Suares karyerasını bitirmək istəyir
22:00 02.07.2025
"Beşiktaş" klubu hücumçusu ilə yollarını ayırıb
21:50 02.07.2025
"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib
21:35 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
21:25 02.07.2025
“Sputnik-Azərbaycan”ın ofisində aparılan tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır - XİN
21:15 02.07.2025
XİN: Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir
21:00 02.07.2025
Tokayev Azərbaycana təşəkkür edib
20:40 02.07.2025
Suriyanın mərkəzində partlayış olub, 7 nəfər ölüb
20:30 02.07.2025
Rafael Şvartsman: "SAF istehsalına başlaması Azərbaycana dünya aviasiyasında yeni üstünlük verəcək"
20:10 02.07.2025
Roma Papası Türkiyə Prezidentinin xanımını qəbul edib
19:45 02.07.2025
Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB
19:20 02.07.2025
Azərbaycan nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradır
19:00 02.07.2025
Hamısı