Macarıstanın baş naziri Viktor Orban Avropaya gedən miqrantları "müsəlman işğalçıları" adlandırıb.
“RİA Novosti” xəbər verir ki, Orban bu barədə “Welt” nəşrinə açıqlamasında deyib.
"Biz bu insanları qaçqın deyil, müsəlman işğalçıları hesab edirik",- deyə baş nazir bildirib. Orban qeyd edib ki, qaçqın axını dövlət daxilində "paralel icmaların" meydana gəlməsi ilə nəticələnə bilər.