Moskva ilə Pekin arasında əldə edilən razılığa əsasən Rusiya Çinə "S-400" zenit-raket kompleksinin tədarükünə başlayıb. Bu barədə "Reuters" xəbər verir.
Məlumatı Kremlə yaxın mənbə açıqlayıb. "Tədarük 4 il əvvəl imzalanmış müqaviləyə əsasən həyata keçirilir və sifarişçiyə artıq bir hissə göndərilib" — mənbə deyib.
Məlumata görə, həmin hissənin tərkibinə komanda məntəqəsi, radiolokasiya stansiyası, enerji və yardımçı avadanlıqlar, ehtiyat hissələr, alətlər və digər elementlər daxildir.(sputnik)