ABŞ-la Menbiç məsələsində razılıq əldə olunması fikrinə aydınlıq gətirmək lazımdır.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“ABŞ-la Suriyanın, xüsusən də Menbiç və Fəratın şərqinin əmin-amanlığa qovuşması barədə ortaq bir anlayışa nail olunub. Anlayış əldə olunub, razılaşmaya nail olunub deməmişik. Əgər razılıq əldə edilibsə ortaq komissiyanın işi nəyə lazımdır? Burada sülhün bərqərar olması üçün terror təşkilatları geri çəkilməlidir. Türkiyədəki 350 min kürd qardaşımız niyə doğma yurdlarına dönmür? Buna YPG imkan vermir. Menbicdən çəkilib başqa yerlərə gedəcəklər. YPG-nin yalnız Menbicdən çəkilməsi azdır..."