Malayziyanın sabiq baş naziri Nəcib Rezaka korrupsiyada ittiham edilib.
Hüquq-mühafizə orqanları onun evində axtarış aparıb.
Axtarış zamanı dollarlarla dolu çantalar, almaz və brilyant aşkarlanıb.
Dövlət televiziyası sabiq baş nazirin evində çıxmış varidatı nümayiş etdirib. Bundan dərhal sonra xalq küçələrə axışaraq Nəcib Rezak əleyhinə şüarlar səsləndirib.
Qeyd edək ki, Nəcib Rezak vəzifədə olarkən ona və ailəsinə qarşı araşdırma aparan prokuror və müstəntiqlər işdən çıxarılmışdı. Son əməliyyatlar Rezak vəzifədən azad olunduqdan sonra yenidən işinə qayıdan sabiq prokuror və müstəntiqlər tərəfindən həyata keçirilib.
Sabiq baş nazirin 10 ölkə ilə ticarət əlaqələrinin olduğu açıqlansa da, həmin ölkələrin adları çəkilmir.