Çin özünün ilk yerli istehsalı olan təyyarə daşıyan gəmisinin sınaqlarına başlayıb.
Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Gəmi bu gün səhər Dalyan şəhərindəki gəmiqayırma limanını tərk edib. İlk sınaqda enerji sistemlərinin stabiliyi və digər cihazlar yoxlanılacaq. Sınaqların nə qədər davam edəcəyi barədə məlumat verilməyib.
2013-cü ildən hazırlanmağa başlayan sözügedən gəmi ilk dəfə 2017-ci ilin aprelində suya buraxılıb.
Hazırda Çin Dəniz Qüvvələrinin heyətində bir "Lyaonin" adlı təyyarə daşıyan gəmi var. O, 90-cı illərdə Ukraynadan alınmış keçmiş sovet gəmisi -"Varyaqa" əsasında hazırlanıb.