"Erməniləri götürüb rədd etmək..." Jirinovski

Dünya 15:14 13.07.2018

Hesab edirəm ki, böhranlı vəziyyətlərdə hər hansı görüş vacibdir. Baxın, bu yaxınlarda Putin və Tramp görüşəcəklər. Rusiya ilə ABŞ arasında da münasibətlər çox mürəkkəbdir. Trampı onun administrasiyasından çoxları bu görüşdə iştirak etmək fikrindən daşındırmağa çalışır. Lakin o, görüşü istəyir, çünki başa düşür ki, danışıqlarsız münasibətləri düzəltmək mümkün deyil. Qarabağda da vəziyyət bu cürdür.

Bu sözləri Dövlət Dumasının deputatlarının və rusiyalı siyasi ekspertlərin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən tədbirdə iştirakına münasibət bildirən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib.

V. Jirinovski bildirib ki, Rusiya vəziyyətin nizamlanmasının təminatçısı kimi çıxış edir:

“Bu münaqişədə Azərbaycan özünü haqlı hesab edir. Ermənistan isə özünü. Erməniləri sadəcə, götürüb rədd etmək olmaz. Ona görə də biz hər hansı bir görüşə isti baxırıq. Belə görüşlər ancaq münaqişənin xeyrinədir. Danışıqlar bütün hallarda müharibədən yaxşıdır".

V. Jirinovski Rusiyanın Qarabağ münaqişəsi tərəflərindən birinin xeyrinə mövqe tutmasının mümkün olmadığını vurğulayıb:

"Başa düşmək lazımdır ki, biz münaqişə tərəflərindən birinin xeyrinə birmənalı mövqe tuta bilmərik. Ona görə ki, belə mövqe vəziyyəti daha da mürəkkəbləşdirməyə gətirib çıxarar. Bəşəriyyət və dünya siyasəti belə qurulub. Hamı ilə işgüzar münasibətləri dəstəkləmək bizim marağımızdadır. Ona görə ki, sərhədlərimiz yanında böhranlar bizə sərf etmir".

V. Jirinovski münaqişənin həlli ilə bağlı uzun illərdir təkrarladığı reseptdən danışıb:

"Bütün postsovet məkanında millətlərarası və ərazi münaqişələri mövcuddur. Bu münaqişə təkcə Dağlıq Qarabağda deyil, Cənubi Osetiya, Abxaziya, Şərqi Ukrayna, Krım, Qırğızıstan və Özbəkistan arasında da münaqişə ocaqları var. Bütün bunlar bolşeviklərin dövründə sərhədlərin səhv müəyyən edilməsinin, vahid ölkənin milli regionlara və süni sərhədlərə bölünməsinin nəticəsidir. Bu köhnə qərarı 70 il keçəndən sonra, SSRİ dağılan vaxt partlatdılar. Vəziyyəti ancaq ilk səhvi aradan qaldırmaqla düzəltmək olar. Keçmiş SSRİ ərazisində sülh ancaq vahid ölkənin yenidən birləşdirilməsi zamanı mümkün ola bilər. Lakin biz heç kəsi məcbur edə bilmərik. Ancaq könüllü şəkildə birləşmək olar. Gec-tez biz buna gələcəyik. Lakin hələlik maraqlar balansına riayət etməyə məcburuq ki, bu və ya digər dondurulmuş münaqişə yanmağa başlamasın".

“Bir neçə il bundan qabaq siz Azərbaycanda səfərdə oldunuz. Azərbaycan prezidenti İlham Əliyev sizi qəbul etdi. Səfərinizdən sonra Azərbaycan haqqında müsbət fikirlər işlətdiniz. Bu səfərə kimi sizin haqqınızda Azərbaycan ictimaiyyətində anti-Azərbaycan, ermənipərəst mövqe tutan şəxs imici var idi. Səfərdən sonra Azərbaycan ictimaiyyətindəki bu mövqedə qismən dəyişikliklər olmuşdu. Lakin Solovyovun məlum verilişində Baqdasarovla həmrəy olmağınız yenidən sizin ermənipərəst mövqeyinizi ortaya qoydu. Bu barədə nə deyə bilərsiniz?" sualına V. Jirinovski belə cavab verib:

"Mənim Azərbaycana və şəxsən tanış olduğun prezident İlham Əliyevə münasibətim gözəldir. Mən onun atası Heydər Əliyevi də yaxşı tanıyırdım. Dəfələrlə Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşəm, sizin gözəl ölkənizə səfər etmişəm. Bir çox dövlətlərlə qarşılıqlı münasibətlərdə, xüsusilə qonşularla münasibətlərdə sadəcə, hamını məmnun etmək mümkün deyil. Misal üçün, İsrail İranla çox pis münasibətlərə malikdir. Biz bu dövlətlərdən birini seçə bilmərik. Həm Tel-Əvivlə, həm də Tehranla olan yaxşı münasibətlərimizdən istifadə edib, onların mövqelərini yaxınlaşdıra bilərik. Ermənistan və Azərbaycanla da vəziyyət bu cürdür. Bəli, sizin ölkələriniz arasında Dağlıq Qarabağa görə ağır mübahisə var. Lakin buna görə biz tərəflərdən biri ilə münasibətləri pozub, yalnız digəri ilə münasibət qura bilmərik. Bundan əlavə, Rusiya qlobal nəhəngdir. Rusiya dünyanın bir sıra guşələrində təhlükəsizliyin təmin olunmasına cavabdehdir, hər şeydən əvvəl isə öz sərhədləri ətrafında təhlükəsizliyin təmin olunmasına cavabdehdir. Ən təhlükəli qeyri-stabil münaqişə ocaqlarından biri Yaxın Şərqdədir. Və bu münaqişə ocağı hər zaman şimala, Asiya və Cənubi Qafqaz ölkələrinə, hər şeydən öncə Ermənistan və Azərbaycana keçə bilər. Hər iki ölkə təhlükəsizliyin dəstəklənməsində vacib rol oynayır. Ona görə də, Rusiyaya hər iki ölkə ilə konstruktiv münasibətlər lazımdır". (apa)

Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

İranlı kinorejissor 8 il həbs ilə cəzalandırılıb
İranlı kinorejissor 8 il həbs ilə cəzalandırılıb
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
Hamısı