Petro Poroşenko Ukrayna tarixinin böyük fiquru ola bilərdi, amma o, bu imkanı bir neçə milyard dollara dəyişdi.
Eurasia Diary xəbər verir ki, bunu “NewsOne” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili deyib. Onun sözlərinə görə, “O, Mazeppadan (red. Ukraynanın hərbi lideri 1639-1709) və ya aslandan böyük ola bilərdi. Poroşenko hətta Avropanın yeni Çörçilli ola bilərdi
“Ukraynalılar həyatlarından beş il itiriblər. Son beş il Ukrayna üçün itkidir. Tezliklə Poroşenko dövlətə xəyanətdə, korrupsiyada, milyardlarla mülkün mənimsənilməsində ittiham ediləcək. Ona yaxşı vəkil tutmağı tövsiyyə edirəm”.