İnterpolun itkin düşmüş rəhbəri Men Hunvey Çində istintaq altındadır.
Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı Hunveyi Çin hüquq-mühafizə orqanları saxlayıb. Onun saxlanılma səbəbləri barədə dəqiq məlumat yoxdur.
***
İnterpolun rəhbəri Men Hunvey yoxa çıxıb. Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Lion şəhər polisi artıq onun axtarışlarına başlayıb.
Sentyabrın 29-da Çinə səfər edən təşkilat rəhbəri artıq 1 həftədir ki, telefonlara cavab vermir. Onun itkin düşməsi barədə polisə şikayəti Lionda yaşayan həyat yoldaşı edib.
Xatırladaq ki, 2016-cı ildə 64 yaşlı Men Hunvey İnterpola rəhbər təyin edilib. O, buna qədər Çinin İctimai Təhlükəsizlik Nazirliyində çalışıb.
***
Fransa polisi "İnterpol"un rəisi Men Xunveyanın itkin düşməsi faktı üzrə araşdırma başlayıb.
Eurasia Diary “Reuters”ə istinadən xəbər verir ki, o, bu il sentyabrın 29-da Çinə səfər edib.
Elə həmin tarixdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.