Mənim Ukrayna vətəndaşlığımdan çıxarılmam qeyri-adekvat prezidentin (Pyotr Poroşenko) qorxaq addımı idi.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.
“Ukrayna vətəndaşlığımın bərpası ilə bağlı verilən qərar layiqli prezident tərəfindən cəsurcasına atılmış addımdır. Çünki bu, onun ilk qərarlarından biridir. Qorxaq insanlar ehtiyatlanırlar. Onlar deyirlər: “Nəyə lazım bu problemlər? Axı Saakaşvili dəlidir, heç kimi dinləmir”. Lakin o, (V.Zelenski) heç kimi dinləmədi. Bu o deməkdir ki, bizdə həqiqətən şans yarandı. Zelenski başqa insandır, o, başqa materialdan hazırlanıb”, - deyə Saakaşvili qeyd edib.
Qeyd edək ki, Ukrayna vətəndaşlığı bərpa olunan gürcü siyasətçi ötən gün Kiyevə qayıdıb.