Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev saxlanılarkən sərt silahlı müqavimət göstərməklə ölkə konstitusiyasını kobud şəkildə pozub.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bunu Qırğızıstanın dövlət başçısı Sooronbay Jeenbekov Bişkekdə Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
Onun sözlərinə görə, A.Atambayev konstitusiyanı və qanunları kobudcasına pozub:
“Ölkədə sülh və təhlükəsizliyin qorunması üçün təxirəsalınmaz tədbirlər görmək lazımdır”.