"Fransada terror təhlükəsinin səviyyəsi hələ də çox yüksəkdir".
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Kristof Kastaner bildirib.
O, 2013-cü ildən etibarən ölkədə 59, bu il ərzində də üç terror hücumunun qarşısının alındığını qeyd edib:
“Radikal cərəyanlarla bağlı işlərin istintaqı çərçivəsində demək olar hər gün kimlərsə saxlanılır”. (report)