Tailandın cənubunda yerləşən Pattani vilayətində partlayış olub.
Hərbçilərin avtomobilinin keçdiyi yol kənarında partlayıcı qurğunun işə salınması nəticəsində 2 hərbçi yaralanıb.
Partlayışın 10 ildən artıq bir müddətdə Tailandın cənubunda yerləşən Yala, Pattani və Nərathivat şəhərlərinin ərazisində fəaliyət göstərən və bu ərazilərdə müstəqil sultanlıq qurmaq istəyən separatçıların törətdiyi ehtimal edilir.
"Eurasia Diary"