Hindistan Hərbi Hava Qüvvələri Pakistan yaxınlığındakı Pəncab vilayətində yerləşən aviabazalardan birində Rusiyadan alınan S-400 “Triumf” Zenit-Raket Komplekslərinin (ZRK) ilk partiyasını yerləşdirib.
EDNews.net xəbər verir ki, Pakistan ZRK-nın yerləşdirilməsindən sonra Hindistan tərəfdən yaranan təhlükə ilə mübarizə aparmaq üçün tədbirlər gördüyünü təsdiqləyib.
Pakistan ordusunun nümayəndəsi, general-mayor Babar İftixar bildirib ki, ordu Hindistanın son yerləşdirmə və satınalmalarından xəbərdardır.
“Biz tədbirlərimizi gördük və qarşı tərəfdə baş verənlərdən tamamilə xəbərdarıq. Biz buna hazırlaşdıq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Pakistan öz ordusunu təkmilləşdirmək və rəqibi tərəfindən davamlı olaraq ən son avadanlıqların alınması fonunda mövcud olan ən yaxşı texnologiyanı əldə etmək üçün tədbirlər görür.
“Hazırda Pakistanın hava hücumundan müdafiə sistemi dünyanın ən yaxşılarından biridir. Əgər qüvvələr hər hansı tələb istəsə, mövcud resurslarla onu daha da təkmilləşdirəcəyik”, - deyə Pakistan generalı vurğulayıb.
Keçən ilin oktyabr ayında Pakistan Ordusunun hava hücumundan müdafiə qüvvələri Çin istehsalı olan HQ-9 sisteminin bir variantını istifadəyə verib.