Çin ABŞ tərəfindən yayılan nüvə silahlarının sayının artması barədə xəbərləri təkzib edib.
EDNews.net xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin silahlara nəzarət departamentinin baş direktoru Fu Konq bildirib.
Buna baxmayaraq, o, nüvə qüvvələrini modernləşdirmək üçün addımlar atıldığını etiraf edib.
O qeyd edib ki, Çin nüvə silahlarının milli müdafiə üçün lazım olan minimum səviyyəyə cavab verməsini təmin etməyə çalışır.
“ABŞ rəsmilərinin Çinin nüvə imkanlarını kəskin şəkildə genişləndirməsi ilə bağlı söylədiyi iddialarla bağlı ilk növbədə deyim ki, bu həqiqətə uyğun deyil”, - deyə Çin rəsmisi bildirib.
ABŞ Müdafiə Nazirliyi noyabr ayında açıqladığı hesabatda bildirib ki, Çin öz nüvə gücünü əvvəllər proqnozlaşdırılandan daha sürətlə genişləndirir və 2030-cu ilə qədər 1000-dən çox döyüş başlığına sahib ola bilər. Hazırda ABŞ-ın 3750 nüvə silahı var.
ABŞ, həmçinin Çinin şimal-qərbdəki səhrada raket silosları qurması və keçən yay hipersəs raketi sınağı barədə peyk görüntülərinə əsaslanan analitik hesabatlardan narahatlıq keçirdiyini açıqlayıb.