Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki qondarma Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıyıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, onun bu qərarına dünya liderləri qarşı çıxarkən yeganə dəstək Suriyadan gəlib.
Putinə sadiqliyi ilə tanınan Bəşər Əsəd bu bölgələrin müstəqilliyini tanıyacağını bildirib.
Qeyd edək ki, Kreml Putinin Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın Baş Naziri Olaf Şolsu "DXR" və "LXR"-in müstəqilliyinin tanınması ilə bağlı qətnaməni imzalayacağı barədə məlumatlandırdığını bəyan edib.
Aysel Bədəlova