Ukraynanın Rusiya ilə danışıqlarda iştirak edən birinci nümayəndə heyətinin üzvü Denis Kireyev Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən öldürülüb.
Ednews xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Oleksandr Dubinski məlumat verib.
“Həbs zamanı Ukraynanın ilk Qomel nümayəndə heyətinin üzvü Denis Kiriyev öldürüldü. O, vətənə xəyanətdə şübhəli bilinirdi”,-deyə Dubinski bildirib.
Ukrayna tərəfini danışıqlarda Denis Kiriyevdən əlavə Prezident Aparatının müşaviri Mixail Podolyak, müdafiə naziri Aleksey Reznikov, "Xalqın qulluqçusu" partiyasının rəhbəri David Araxamiya, Ali Radanın deputatı Rüstəm Umerov, XİN rəhbərinin birinci köməkçisi Andrey Kostin və xarici işlər nazirinin köməkçisi Nikolay Toçitski təmsil edir.