Fransa, Türkiyə və Yunanıstan Mariupoldan mülki əhalisnin təxliyəsini təşkil etmək istəyir.
Ednews xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
O bildirib ki, ölkələr təxliyə işini Rusiya ilə əlaqələndirmək niyyətindədir.
"Dünən biz müstəsna humanitar əməliyyata başlamaq qərarına gəldik, bunu yaxın gələcəkdə Putinlə söhbət zamanı müzakirə edəcəyik. Türkiyə və Yunanıstanla birlikdə hamını təxliyə etmək üçün humanitar əməliyyata başlayacağıq", - deyə Makron qeyd edib.