Kreml üçün müdafiə xərcləri və vətəndaşların sosial müdafiəsi prioriet olaraq qalır.
Ednews xəbər verir ki, Rusiya iqtisadiyyatının bir çox sahələrini maliyyə ixtisarı gözləyir. Bütün bunlar isə Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı tammiqyaslı müharibəsi səbəbilə baş verir. Axı Rusiyanın dinc Ukrayna şəhərlərinə atdığı yüzlərlə raketlər böyük pullar deməkdir.
"Freedom" süjetinin efirindən iqtisadçı Natalya Zubareviçin dediyi kimi, bütün federal büdcənin dörddəbiri milli müdafiəyə və milli təhlükəsizliyə xərclənir.
"Büdcə xərclərinin militarizasiya olunması hüdud tanımır" - o, izah edib. Belə ki, 150 milyard rubla elmdə "qənaət" olunacaq, 25 milyard rubl kənd təsərrüfatında, 21,4 milyard rubl kosmosda, 11,5 milyard rubl innovasiyalarda itiriləcək. Eləcə də krımlılar müharibəyə pay ödəyəcəklər - onların büdcəsi demək olar, 16 milyard rubl kiçiləcək.
"İdxalın ixtisarı və idxal vergiləri və idxal ƏDV ixtisarı baş verib. Müharibə xərcləri artıb. Ona görə də iqtisadiyyat qısalır, büdcənin gəlirləri azalır" - Aleksandr Mertens, Kiyev-Mogilyansk Milli universitetinin professoru qeyd edir.
Kreml üçün müdafiə xərcləri və vətəndaşların sosial müdafiəsi prioritet olaraq qalır.
Ümumdünya təcridi şəraitində sənayenin inkişafı mümkün deyil. Üstəlik də, bu sahənin büdcəsi 200 milyard rubl azalacaq. Bundan başqa, Rusiyada ticarət əhəmiyyətli dərəcədə oturub, qiymətlər sürətlə və ciddi yüksəlib.