May ayında Porsche avtomobili Jeep markalı avtomobillə toqquşarkən Pol Pelosinin içgili halda olduğu üçün qanunun pozduğu qeydə alınıb. 82 yaşlı iş adamı 5 sutkalıq həbs qəti imkan tədbiri və 6800 dollar cərimə ödəməklə cəzalandırılıb.
Ednews xəbər verir ki, polisin verdiyi məlumatda görə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi içgili halda avtomobil sürərək xəsarət yetirməkdə təqsirli bildiyi üçün 5 sutka həbs cəzasına məhkum edilib.
Bununla belə, Napa Dairəsi Ali Məhkəməsinin hakimi Cozef Solqa Paul Pelosiyə həbsdə gözəl davranış sərgilədiyinə görə 2 gün erkən azad edilməsini istəyib.
82 yaşlı qoca iş adamına həbsindən qalan bir günün əvəzinə səkkiz saatlıq icbari iş tələbi irəli sürülüb.
Bundan əlavə, zaminə buraxılan Paul Pelosi avtomobilində mühərriki bloklaya biləcək özəlliyə sahib alkoqol testi cihazı yerləşdirməli olacaq.
Elnur Ənvəroğlu