İstanbulda baş verən partlayışda zərərçəkənlərin sayı artıb.
Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb.
Həmçinin, 36 nəfərin yaralandığı bildirilib.
***18:20
Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.
Ednews "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.
Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.
Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.
***18:08
Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.
Ednews xəbər verir ki, hadisənin kamikadze tərəfindən partladıldığı qeyd olunur. Bununla bağlı video sosial şəbəkədə yayılıb.
Çoxlu sayda yaralının olduğu bildirilir.