Rusiyada LGBT təbliğatı qanunla QADAĞAN EDİLDİ - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

Rusiyada LGBT təbliğatı qanunla QADAĞAN EDİLDİ

Dünya A- A A+

Bu gün Rusiyada LGBT təbliğatını qadağan edən qanun qəbul edilib. 

Ednews “TASS”a istinadən xəbər verir ki, Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsi dəyişmək istəyinə səbəb ola biləcək məlumatların təbliğatını qadağan edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib. 

Məlumata görə, sənəddə həmçinin LGBT-lər haqqında məlumatların mediada, internetdə, reklamda, ədəbiyyatda və kinoda yayılması qadağan olunub. 

Belə ki, filmdə qeyri-ənənəvi cinsi münasibətləri və üstünlükləri təbliğ edən materiallar varsa, ona yayım sertifikatının verilməsinə qadağa qoyulacaq. 

Sənəddə uşaqların ödənişli xidmətlər üzrə LGBT məlumatlarını dinləmək və ya onlara baxmaq imkanlarını məhdudlaşdıran mexanizmin tətbiqi də nəzərdə tutulur.  

Beləliklə, istifadəçinin yaşını təsdiqləmək üçün kodların daxil edilməsi və ya digər hərəkətlərin yerinə yetirilməsi tələbi olacaq. Eyni zamanda, 18 yaşına çatmamış vətəndaşların LGBT məlumatlarına çıxışı qadağandır. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...