Gürcüstanın sabiq Prezident Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsinə icazə verilməyəcək.
Ednews verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında Saakaşvilinin səhhəti ilə bağlı məsələyə aydınlıq gətirərkən bildirib.
“Saakaşvili həbs edildiyi ilk gündən aclıq aksiyalarına başladı. Lakin yayılan görüntülərdə gördük ki, o, gizlincə, qida qəbul edir. Onun müalicə alması üçün xaricə göndərilməsi, azadlığa buraxılması anlamına gəldiyi üçün buna imkan verilməyəcək”, - deyə gürcü nazir qeyd edib.