Məşhur amerikalı müğənni Tina Törnerə ağır itki üz verib.
Ednews xəbər verir ki, müğənnin oğlu, 62 yaşlı Ronald San-Fernandodakı evində ölü tapılıb. Bu barədə onun həyat yoldaşı Afida TMZ nəşrinə bildirib.
Son illər xərçəngin ağır formasından əziyyət çəkən Ronaldın ölümünün dəqiq səbəbi hələ müəyyən edilməyib.
Qeyd edək ki, 4 il əvvəl Tina Törnerin böyük oğlu Kreyq 59 yaşında intihar edib. Tina Törnerin övladlığa götürdüyü daha iki oğlu var.