Türkiyənin Antalya şəhərinin 3 rayonunda təhsil 1 günlük dayandırılıb.
Ednews Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna Antalyanın Manavqat, Serik və İbradı bölgələrində intensiv leysan yağışlarının yağması səbəb olub.
Bildirilib ki, 2 gündür, fasilələrlə davam edən leysan səbəbiylə daşan dərələr şəhər mərkəzinə çatıb və daşqınlara səbəb olub.
Həmçinin, Antalyanın Finike və Kumluca ərazilərini də su basıb. Qeyd edək ki, rəsmilər vətəndaşlara evdə qalmaları barədə xəbərdarlıq edib.