"Şimali Koreya fəal şəkildə nüvə sınağına hazırlaşır".
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Cənubi Koreyaya səfəri zamanı bildirib.
Qrossi KXDR-in hakim dairələrinin hələ də sınaqların keçiriləcəyi tarixlə bağlı qərar vermədiyini qeyd edib:
“Vəziyyət olduqca narahatedicidir. Onlar nüvə sınaqlarına fəal şəkildə hazırlaşırlar, eyni zamanda faktiki sınaq tarixini seçməkdə çeviklik nümayiş etdirirlər”.
AEBA rəhbəri bildirib ki, qurum Şimali Koreyadakı vəziyyəti izləyir.