Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Soledar şəhərini blokadaya alıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilir ki, rusiyalı hərbçilər şəhəri şimaldan və cənubdan mühasirəyə alıb və şəhərdə döyüşlər gedir.
Xatırladaq ki, yanvarın 10-u Rusiya ordusu Soledar şəhərinə hücum edib.