Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin (XİN) yaxınlığında baş verən partlayış nəticəsində azı 21 nəfər ölüb, 10 nəfər yaralanıb.
Ednews xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, terrorçu-kamikadze Kabilin mərkəzində yerləşən radikal “Taliban” hərəkatının qurduğu Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd edib:
“Terrorçu-kamikadze nazirliyə girməyə cəhd edib, lakin təhlükəsizlik orqanları onu binanın qapısının qarşısında aşkar edib. Bundan sonra terrorçu özünü partladıb”.