Türkiyənin paytaxtı Ankara şəhərində, İsveç səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
Ednews xəbər verir ki, bu barədə görüntüləri “RİA Novosti” agentliyi yayıb.
Aksiya iştirakçıları Stokholmda isveç siyasətçinin "Qurani Kərim"i yandırmasına etiraz olaraq səfirlik qarşısında toplaşıb.
Daha öncə İsveç baş naziri bu addımı müsəlmanlara hörmətsizlik olduğunu bildirib.
Quranın yandırılması müxtəlif ölkələr tərəfindən pislənilib, Rus Pravoslav kilsəsi rəsmisi bunu yolverilməz adlandırıb.