Xəbər verdiyimiz kimi, bu gün ABŞ prezidenti Co Bayden gözlənilmədən Kiyevə gəlib. Hazırda o, Ukrayna prezidenti Volodomir Zelenski ilə birgə mətbuat konfransı keçirir.
Ednews xəbər verir ki, rəsmi Moskva Baydenin Kiyevə gəlişinə münasibət bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bayden və Zelenskinin Müqəddəs Mixail kilsəsi fonunda çəkilən fotoya belə qeyd yazıb:
“Onlardan hansı pravoslavdır?”.