Koreya Xalq Demokratik Respublikası rəhbəri Kim Çen In nüvə silahlanmasını inkişaf etdirmək üçün qərar qəbul edib.
Ednews zdf.de nəşrinə istinadən bildirir ki, Kim Çen In öz nüvə arsenalını artırmaq istəyir və buna görə “silah dərəcəli nüvə materialının” daha çox istehsalı haqda qanunu təstiqləyib. Məsələ ilə bağlı Qərb artıq narahatlığını ifadə edib.
Kim Milli Nüvə Silahları İnstitutuna baş çəkib və onun ballistik raketlərə nüvə başlıqlarının quraşdırılması işinə rəhbərlik edib. KXD başçısı texniki detallar, o cümlədən yeni taktiki nüvə silahlarının istifadəsi ilə bağlı məlumat əldə edib.
Kim Çen İn artıq ötən il bəyan etmişdi ki, o, ölkəsini dünyanın ən güclü nüvə dövlətinə çevirmək və ən güclü strateji silahlı qüvvələrə sahib olmaq istəyir.
Qeyd edək ki, Kimin Milli Nüvə Silahları İnstitutuna səfəri Koreya yarımadasında gərginliyin artdığı bir vaxta təsadüf edib. Keçən il misli görünməmiş bir sıra raket sınaqlarından sonra Şimali Koreya BMT-nin qadağalarına baxmayaraq, bu il yenidən nüvə başlıqlı raketləri sınaqdan keçirdib.
Xəyal Gülməmmədov