Fransa İspaniya ilə sərhədləri açmaq istəmir.
Ednews zdf.de nəşrinə əsasən yazır ki, Cənubda Fransa qeyri-qanuni miqrasiya və terrorizmlə mübarizə üçün İspaniya ilə sərhəd keçidlərini bağlayıb.
İspaniya və Fransa arasında bəzi sərhəd keçid məntəqələri iki ildir ki, bağlıdır. Fransa hökuməti qeyri-qanuni immiqrasiya ilə mübarizə aparmaq istəyir.
İspaniya-Fransa sərhədinin açılmamasının əsas səbəbi hər iki tərəfin birgə qərar verməməsidir.
Bu, İspaniya və Fransa arasında gediş-gəliş edən yerli sakinlər üçün problemlər yaradır. Əsas problemlərdən biridə iki ölkə sərhədində yerləşən fransız şərabçılıq sənayesində ciddi düşüş qeyd olunmuşdur.
İnsanlar əsasən İspaniyadan gələrək gündəlik maaş qarşılığında iş görür və işçi balansını tənzimləyirdilər. Sərhədlər bağlandıqdan sonra bu proses minumuma enmişdir – deyə Ulrich Hinz bildirib (şərabçı)
İki tərəf arasında quru yolu ilə olan mübadilə kəskin aşağı düşüb.
İspaniya sərhədi açmağı təklif edir, lakin Fransa daha çox sərhəd mühafizəsi istəyərək işi ləngidir.
Əvvəlcə Banyulsdakı və Atlantik sahillərinə qədər olan sərhəddəki keçidlər Covid pandemiyası səbəbindən bağlandı . Bundan sonra Fransa hökuməti qeyri-qanuni miqrantların və terrorçuların ölkəyə girişini çətinləşdirmək üçün 9 sərhəd məntəqəsini bağlı saxlamaq qərarına gəlib. Səbəb: Tunislinin Nitsadakı kilsəyə islamçı terror hücumu olmuşdur. O, İspaniyadan Fransaya qanunsuz daxil olub.
İspaniyanın daxili işlər naziri Fernando Grande-Malasko "müstəsna tədbir olmalı olan nəzarətlərin hərəkət azadlığını və Şengenin mahiyyətini pozduğundan" təəssüflənir.
Fransa prezidenti Emmanuel Makron sərhədlərin açılmasını müəyyən şərtlərə bağlayır:
Biz uzunmüddətli perspektivdə sərhədləri açmaq istəyirik, ancaq o şərtlə ki, qeyri-qanuni miqrasiya və terrorla birlikdə daha səmərəli mübarizə aparaq.
Xəyal Gülməmmədov